Nazirlər Kabineti icra məmurları ilə bağlı qərarlara dəyişiklik etdi
Nazirlər Kabineti icra məmurları və ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bəzi qərarlarında dəyişiklik edib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, icra hərəkətləri ilə bağlı xərclərin dövlət büdcəsi hesabına ödənilməsi qaydalarında “icra xidməti icra məmurlarının müvafiq xüsusi fondları” ifadəsi “ədliyyə orqanlarının xüsusi xəzinə hesabı” ilə əvəz edilib.
Eyni zamanda, büdcə gəlirlərinin təsnifatı ilə bağlı sənəddə də düzəlişlər aparılıb. Müvafiq yarımbənddə “məqsədli büdcə fondlarının büdcədənkənar daxilolmaları” ifadəsi “ədliyyə orqanlarının xüsusi xəzinə hesabına daxilolmalar” sözləri ilə əvəz olunub, bir yarımbənd isə ləğv edilib.