Nazirlər Kabineti icazələrlə bağlı siyahını yenilədi
Nazirlər Kabineti vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısında dəyişiklik edib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 2016-cı il 24 noyabr tarixli 481 nömrəli qərarla təsdiq edilmiş müvafiq siyahının 27-ci hissəsi yeni redaksiyada təqdim olunub.
Yenilənmiş mətnə görə, siyahıda 27-ci bənd “Qazın saxlanmasına icazə” kimi müəyyən edilib.
Dəyişiklik “Lisenziyalar və icazələr haqqında” qanuna edilən düzəlişlərin və Prezident fərmanının icrasını təmin etmək məqsədi daşıyır.