Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsində dəyişiklik etdi
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun fəaliyyətinə dair sənəddə dəyişiklik edib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2019-cu il 11 dekabr tarixli 472 nömrəli qərarı ilə təsdiq olunmuş “Aqrar Sığorta Fondunun Nizamnaməsi”nə dəyişiklik edilməsi barədə 2020-ci il 1 oktyabr tarixli 370 nömrəli qərarın 2.3-cü bəndində yer alan “5” rəqəmi “10” rəqəmi ilə əvəz olunub.