Nazir müşaviri: Tələbə təqaüdlərinin artırılması təhsil imkanlarına müsbət təsir edəcək

Azərbaycanda bütün tələbələrin təxminən 50 faizdən çoxu təqaüd alır. Bu, təhsilin müxtəlif pillərinə aiddir.
Zeferinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
“Bu tədris ilindən təqaüdlər yenidən artırılır. Xüsusilə, daha yaxşı akademik göstəricisi olan tələbələrimiz daha yüksək təqaüd ala biləcək. Bu da tələbələrimizin daha yaxşı təhsil almalarına şərait yaradacaq, təhsil imkanlarına müsbət təsir edəcək".
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.