Əlahiddə Ümumqoşun Orduda yoxlamalar zamanı bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib
2025-ci ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ilin yekunlarına dair keçirilən yoxlamalar zamanı hərbi hissə və bölmələrin uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.
Müdafiə Nazirliyindən Zeferinfo.az-a verilən xəbərə görə, yoxlamalar çərçivəsində bölmələrin həyəcan siqnalı ilə qaldırılması zamanı fəaliyyəti, qərargah fəaliyyəti, döyüş hazırlığı, komandir hazırlığı, ümumqoşun hazırlığı və maddi-texniki təminat vəziyyəti yoxlanılıb, şəxsi heyətdən müxtəlif hazırlıqlar üzrə məqbullar qəbul edilib, atıcı silahlardan və artilleriya vasitələrindən praktiki atışlar yerinə yetirilib, maddi tədris bazasının yoxlanılması məqsədilə sıra baxışları keçirilib.
Hərbi qulluqçuların taktiki-xüsusi hazırlıq üzrə məşğələləri, eləcə də komando bölmələrinin dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənilib.
Hərbi qulluqçular müasir texniki vasitələrdən istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Azərbaycan Ordusunda inspeksiya yoxlamalarının nəticələri və hərbi qulluqçuların peşəkarlığı müsbət qiymətləndirilib.




