Naxçıvanda evdən qızıl-zinət əşyaları oğurlandı

Naxcivanda evden qizil-zinet esyalari ogurlandi

Naxçıvanda evdən evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Zeerinfo.az  xəbər verir ki, Naxçıvan şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən 6330 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş, 28 yaşlı Tale Budaqov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.