Naxçıvanda “Cahan Şirkətlər Qrupu” MMC nin  30-cu ildönümü qeyd edilib

Naxcivanda “Cahan Sirketler Qrupu” MMC nin  30-cu ildonumu qeyd edilib

Naxçıvanda “Cahan Şirkətlər Qrupu” MMC nin  30-cu ildönümü qeyd edilib. 

Bu münasibətlə şirkətin təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov, şirkət rəhbərləri və xaricdən gələn qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə güllər qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Sonra Zəfər Abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. 

Yubiley tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, bir sıra ölkə və xarici şirkətlərin rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edib.  
Günün ikinci yarısında Naxçıvan Palasda baş tutmuş tədbirdə tanınmış teleaparıcı Nərgiz Cəlilova qonaqları salamlayıb, “Cahan Şirkətlər Qrupu”nun keçdiyi inkişaf yolundan bəhs edib.

“Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Vüqar Abbasov tədbirdə iştirak edən hər kəsə təşəkkür edərək bildirib ki, rəhbərlik etdiyi qurum ötən 30 ildə şərəfli yol keçərək böyüyüb, inkişaf edib, Naxçıvan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib. Şirkətin çoxsaylı tərəfdaşları arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış şirkətlər var. 

“Cahan Şirkətlər Qrupu” MMC “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun şəkildə davam etdirir. Məqsəd çoxsaylı xarici tərəfdaşlarla birgə layihələr həyata keçirərək milli iqtisadiyyatımıza daha çox investisiyaların cəlb edilməsidir.