Naxçıvan Regional DOST Mərkəzinin bu ilin ilk yarısında açılışı nəzərdə tutulub

Naxcivan Regional DOST Merkezinin bu ilin ilk yarisinda acilisi nezerde tutulub

Naxçıvan Regional DOST Mərkəzinin bu ilin ilk yarısında açılışı nəzərdə tutulub.

Zeferinfo.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü il üzrə fəaliyyətinə dair” mətbuat konfransında deyib.

Onun sözlərinə görə, muxtar respublikada əhalinin dövlət tərəfindən “bir pəncərə” prinsipi ilə təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışın təmin edilməsi məqsədilə tikintisi davam edən Naxçıvan Regional DOST Mərkəzinin 2025-ci ilin ilk yarısında açılışı nəzərdə tutulub.

F.Bağırzadə Naxçıvan Regional DOST Mərkəzinin yeni inşa olunan binasının Naxçıvan Dövlət Universitetinə satılması barədə yayılan məlumatlara da aydınlıq gətirib:

"Hazırda Mərkəzin yerinin dəyişdirilməsi barədə gəzən söhbətlər həqiqəti əks etdirmir və tikintisi davam edən binada DOST Mərkəzinin açılışı nəzərdə tutulub. DOST Mərkəzinin binası universitetə satılmayıb və bu mövzu barədə heç vaxt danışıqlar aparılmayıb".