Zeferinfo.az xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci çağırış yaz sessiyasının növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununu (ikinci səsvermə) müzakirə olunub.
Ali Məclisin yaz sessiyasının 20 fevral tarixdə keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanunun geniş müzakirə edilərək birinci səsverməyə çıxarıldığını və qəbul edildiyini bildirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər 3 aydan sonra yenidən səsverməyə qoyulmalıdır.
Qeyd olunub ki, Naxçıvan MR Konstitusiyasına uyğun olaraq Konstitusiyaya dəyişikliklər haqqında qanun Ali Məclisin sədri tərəfindən imzalandıqdan sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək.