Naxçıvan hava limanının rəhbərliyinə yeni təyinat olub

Naxcivan hava limaninin rehberliyine yeni teyinat olub

Naxçıvan Beynəlxalq Hava Limanına direktor müavini vəzifəsinə təyinat olub.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan Zeferinfo.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Salman Məmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktorunun müavini təyin olunub. Ona həmçinin, direktor vəzifəsinin əmək funksiyalarının icrası həvalə edilib.