Naxçıvan Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edildi - yeni təyinat...

Naxcivan Dovlet Vergi Xidmetinin reisi vezifesinden azad edildi - yeni teyinat...

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli vəzifəsindən azad edilib.

Bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Tural Rasim oğlu Abdulzadəyə həvalə edilib.