Naxçıvan, Bakı, Sumqayıt və Abşeron üzrə avqust ayının pensiyaları ödənilib

Naxcivan, Baki, Sumqayit ve Abseron uzre avqust ayinin pensiyalari odenilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Bu barədə Zeferinfo.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin avqust ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.