Naxçıvan–Bakı–Naxçıvan istiqamətində avtobus reyslərinin sayı artırılıb

Naxcivan–Baki–Naxcivan istiqametinde avtobus reyslerinin sayi artirilib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan–Bakı–Naxçıvan istiqamətində beynəlxalq sərnişindaşıma marşrutlarında reyslərin sayını artırıb.

Bu barədə Zeferinfo.az-a Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu addım vətəndaşların rahat və vaxtında daşınması, həmçinin artan tələbatın qarşılanması məqsədi daşıyır:

"Ətraflı məlumat və biletləri muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan və www.biletim.az platformasında əldə edə bilərsiniz".

Bildirilib ki, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişinlərə göstərilən xidmətin keyfiyyətini daha da artırmaq, o cümlədən vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi istiqamətində faliyyətini davam etdirir.