Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası açılıb

Naxcivan Ali Meclisinin 2025-ci il payiz sessiyasi acilib
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin 2025-ci il payız sessiyası açılıb.

Zeferinfo.az  xəbər verir ki, sentyabrın 30-da Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclası keçirilib.

İclasın gündəliyinə Ali Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi və cari məsələlər daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında" qərar layihəsi səsə qoyularaq qəbul edilib.