NATO Azərbaycanla tərəfdaşlıq proqramı üzərində işi tamamlayır

NATO Azerbaycanla terefdasliq proqrami uzerinde isi tamamlayir

NATO Azərbaycanla siyasi dialoqu və praktiki əməkdaşlığı genişləndirməyə, NATO və Azərbaycan arasında Fərdi Tərəfdaşlıq Proqramının (ITPP) tamamlanması da daxil olmaqla təhlükəsizlik və müdafiə sahəsində islahatların dəstəklənməsini davam etdirməyə hazır olduğunu ifadə edib.

Zeferinfo.az xəbər verir ki, bunu Alyansın Baş katibinin müavini Radmila Şekerinska bəyan edib.

O vurğulayıb ki, ITPP çoxillik əməkdaşlıq formatıdır və Azərbaycanın minatəmizləmə, təhlükəsizliyin təmin edilməsi, müdafiə təhsilinin təkmilləşdirilməsi, informasiya təhdidlərinə qarşı mübarizə və kibermüdafiənin inkişafı da daxil olmaqla, müxtəlif tərəfdaşlıq təşəbbüslərinə çıxışını təmin edir.