Narkotiklərin onlayn yolla satışını həyata keçirən şəxs saxlanılıb

Narkotiklerin onlayn yolla satisini heyata keciren sexs saxlanilib

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi vətəndaşdan satış məqsədi ilə narkotik vasitələr əldə edən Rəşad Süleymanlı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Zeferinfo.az-a verilən məlumata görə, həmin şəxsdən ümumi çəkisi 2 kiloqram olan marixuana, heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, R.Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir.