Narkokuryerdən 13 kiloqram marixuana aşkarlanıb

Narkokuryerden 13 kiloqram marixuana askarlanib

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 38 yaşlı Elvin Əliyev saxlanılıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsdən qanunsuz olaraq əldə etdiyi 13 kq 700 qr narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. E.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 161 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.