Narışkin: Azərbaycan və Ermənistan münasibətlərin normallaşması çərçivəsində məsələləri müstəqil həll etməyə
Narışkin: Azərbaycan və Ermənistan münasibətlərin normallaşması çərçivəsində məsələləri müstəqil həll etməyə üstünlük verirlər
Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərin normallaşması üzərində işi üçüncü tərəflərin iştirakı olmadan aparmağa üstünlük verirlər.
Zeferinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Razvedçik” jurnalına müsahibəsində bildirib.
"Azərbaycan və Ermənistan sülh nizamlanması üzrə ABŞ və Aİ-nin tövsiyələrinə o qədər də qulaq asmırlar. Bütün məsələləri müstəqil həll etməyə üstünlük verirlər", - S.Narışkin qeyd edib.