"Nowar"çılar adı altında fəaliyyət göstərən xain şəbəkənin əsl üzü
Avqustun 15-də erməni lobbisi və Qərb institutlarının dəstəyi ilə "iştirak evi" adı ilə tanınan yeni "şeytan yuvası"nda bir qrup "nowar"çu (özünü müharibə əleyhdarı kimi qələmə verən şəxslər) anti-Azərbaycan tədbir təşkil edib.
Özlərini "müharibə əleyhdarı kimi qələmə verən şəxslər" kimi tanıdan xəyanətkar dəstə əvvəllər ermənilərlə 3-cü ölkələrdə görüşür, virtual yolla əməkdaşlıq edirdilərsə, artıq həmin fəaliyyətlərini paytaxt Bakıda həyata keçirirlər.
Sözügedən tədbirin təşkilatçıları Orxan Allahverdiyev, Səməd Şıxı və Nemət Abbasov olub.
Azərbaycan Mediası da təbii ki, xainləri cavabsız qoymadı. Onlardan biri də Milli.Az saytının Baş redaktoru Elçin Alıoğludur. O belə yazır:
"Afiyəddin Məmmədov, Əli Məlikov, Qiyas İbrahimov, habelə AXCP "ulduzu" Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov və Qubad İbadoğlunun qızı Jalə Bayramovanın da mənsub olduqları, özlərini "müharibə əleyhdarları" adlandıran saxta liberalların yer aldıqları yığnaqda olanlar "İştirak Evi"ndə maskalarını çıxarmış oldular.
"Müzakirələr" format, məzmun və mahiyyət etibarilə məğlubiyyətçilik, demaqogiya, patetik kollaborasionizm, dövlətimizin və xalqımızın ünvanına ittihamların sıralanması idi.
Məsələn, Aygül Cəfərova adlı xanımın fikrincə, "Azərbayücan müharibədə qalib gəldiyinə görə aqressiv, sərt və eqoist davranır".
Çinarə Hünərli "televizorda qazilərlə bağlı xəbərləri görən" şəhid anasını "lom" olmaqda günahlandırıb.
Sənubər Heydərova İkinci Qarabağ Müharibəsində ölkəmiz sadəcə, Şuşa ilə bağlı hərbi əməliyyatda uğura nail olduğuna əmindir: "O biri yeddi rayon razılaşma əsasında verildi".
Bu şəxslər Azərbaycana qarşı çalışan təşkilatların çox ustalıqla manqurtlaşdırdığı cahillərdir. Onlar liberal düşüncəli fərdlər, Qərb dəyərlərinin və ümumbəşəri yaşam prinsiplərinin daşıyıcısı olduqlarını fasiləsiz vurğulayırlar.
Lakin şüurlarında əməlli xaos var: nihilizm kosmopolitizmə, məğlubiyyətçilik çıxış yolunu tapa bilməməyə, köpüklü libertarianlıq adi merkantilliyə qarışıb.
Şüarlarla danışmağı sevirlər, lakin anlamırlar ki, postsovet məkanında "beyin yuyulması" əməliyyatına məruz qalmış "müharibə əleyhdarları"nın arqumentlərini sözbəsöz təkrarlayırlar. Həmin adamlar guya sülh istəyirlər. Hansı sülhü Azərbaycanın ələbaxan, zəif, asılı, Ermənistan qarşısında əzik, məğlubiyyətçi bir vəziyyətdə olacağı sülhü".
"Nowar"çuların son 3 ildəki xəyanətkar işlərinə bir nəzər salaq:
"Nowar"çular pərdəsi altında Azərbaycan cəmiyyətinə sızdırılan vətən xainlərinin əsl missiyası və tapşırığı elə 2020-ci ildə 44 günlük vətən müharibəsində üzə çıxdı. Onlar ermənilərlə birləşərək Azərbaycan dövləti və hakimiyyətini "düşmən" elan etdilər.
Xain dəstənin bəzi üzvləri ölkəmizə qarşı çirkin qarayaxmaları sosial mediada davam etdirirlər. Sonradan məlum olub ki, Azərbaycanlı xainlər bu bəyanatı Türkiyədə fəaliyyə gösətərən erməni millətçi "NOR ZARTONK" təşkilatının 2020-ci il oktyabrın 1-də yaydığı bəyanata dəstək məqsədilə imzalayıblar.
"Nor Zartonk"ın bəyanatında Azərbaycanı "işğalçı dövlət" adlandırmış, "Türkiyə mediası susur, barbarlıq edən Azərbaycana dəstək verir, qarabağlı ermənilərin müstəqil dövlətinə hücumları dəstəkləyir" ifadələrini imperativ kimi təkrarlamışdı.
Elçin Alıoğlu habelə yazısında vurğulayır ki, müharibədən sonra, 2022-ci ilin sentyabrın 12-13-ü tarixlərində Ermənistan Silahlı Qüvvələrinin xüsusi diversiya dəstəsi ərazilərimizə sızmağa çalışanda ələ keçməsindən sonra yaşandı:
"Azərbaycandakı "NoWar"çılar dərhal ölkəmizi "Ermənistanın suveren ərazisinə soxulmaqda, Ermənistan ərazilərini işğal etməkdə və hərbi təcavüz"də ittiham etdilər. Bir qədər keçdi, "Soros Foundation"un maliyyə və təşkilati dəstəyi ilə "PostsovietPeace" platforması yaradıldı: platformada Azərbaycan və Ermənistandan olan "siyasi-ictimai fəallar" birləşmişdilər".
Bu bəyanatda Qarabağdakı separatçıların 1991-ci ildə müstəqillik haqqında referendum keçirdikləri və orada yaşayan "Xalqın" öz müqəddaratını müəyyənləşdirdiyi xüsusi olaraq qeyd edilir.
Azərbaycanlı "Nowar"çularla erməni "sülh tərəfdarlarının hadisələrə yanaşması göstərir ki, bunlar eyni eyni mərkəzdən idarə olunur.
Onların xəyanətkar fəaliyyətlərini, həmçinin, 2016-cı il aprel döyüşlərində də icra edirdilər.
Xain dəstə habelə Laçın-Xankəndi yolunda təşkil olunmuş ekoloji aksiyaya qarşı çıxmaqdan geri qalmadılar.
Milli.Az saytının baş redaktoru xüsusilə vurğulayıb ki, bu şəbəkəuə görə şəhidlər nə uca zirvə, nə Vətən uğrunda can veriləsi anlam, nə də xalq ən üstün bilinəcək məqam deyil:
"Onlar üçün Vətən özlərini yaxşı hiss etdikləri məkandır sadəcə. Bu isə nihilizmin ən iyrənc və ibtidai forması, vətənsizlik şüurunun çox pis formadakı təzahürüdür. Onlar müharibə əleyhdarları deyil - dövləti və xalqı bəyənmirlər.
Bunu etiraf etmək istəməsələr də.
Maskaları düşsə də".
Sapı özümüzdən olan baltaların cəfəngiyyatları, qarayaxmaları boş əməldən başqa bir şey deyil. Nə yazıq ki, bu hərəkətləri ilə onların əlinə heç nə keçməyəcək. Sadəcə özlərini işfa və biabır edirlər.
Vətənini sevməyən, ona şər atan xainlərdən söz düşmüşkən elə ölməz şairlərimizdən olan Abbas Səhhətin "Vətən" şeirindən aşağıdakı misralar yada düşər:
"Vətəni sevməyən insan olmaz,
Olsa da o şəxsdə vicdan olmaz!"