Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri açıqlandı

Muellimlerin sertifikatlasdirilmasi prosesinin musahibe merhelesinin neticeleri aciqlandi

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 16-19 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.