Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “Vietnam Defence Expo 2024” sərgisində iştirak edir

MSN-dən Zeferinfo.az-a verilən məlumata görə, Vyetnamın Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən sərgidə silah, döyüş sursatları, hərbi hava və hava hücumundan müdafiə vasitələri, hərbi gəmilərin sistem və avadanlıqları, pilotsuz uçuş aparatları, helikopterlər, rabitə, naviqasiya sistemləri, zirehli nəqliyyat, kəşfiyyat və radioelektron mübarizə vasitələri və s. nümayiş etdirilir.
Tədbir dekabrın 22-də başa çatacaq.