Müdafiə Nazirliyinin rəsmisinin istintaqı başa çatdı

Mudafie Nazirliyinin resmisinin istintaqi basa catdi
 
Zeferinfo.az "Qafqazinfo”-ya istinadla xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Mayor İ.Haqverdiyev həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 8 ildən 12 ilə kimi həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, Haqverdiyev Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihamda yazılıb ki, o, rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.