Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisinin məhkəməsi başlayır

Mudafie Nazirliyinin "Istirahet evi"nin reisinin mehkemesi baslayir

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Zeferinfo.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası fevralın 9-na təyin edilib.

İlham Haqverdiyevin barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, o, Hərbi Prokurorluq tərəfindən məsuliyyətə cəlb olunub. İttihama görə, o, rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.

Back To Top