Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi şair Ramiz Məlikov vəfat edib

Mudafie Nazirliyi Metbuat Xidmetinin sabiq reisi sair Ramiz Melikov vefat edib

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəisi, polkovnik, şair publisist Ramiz Məlikov (Duyğun) vəfat edib.

Bu barədə Zeferinfo.az-a mərhumun qızı Günay Məlikli məlumat verib.

O bildirib ki, atası uzun sürən xəstəlikdən sonra iyunun 19-u səhər saatlarında 87 yaşında dünyasını dəyişib.

Ramiz Duyğun bu gün günorta Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.