Zeferinfo.az xəbər verir ki, dövlət başçısının sözləri "Mossad”ın "X” sosial şəbəkəsindəki hesabında paylaşılıb.
Paylaşımda dövlət başçısının Azərbaycanın xaricə, o cümlədən Qəzzaya qoşun göndərməyəcəyi və hər hansı beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak etməyəcəyi ilə bağlı fikirləri yer alıb.
"Bakı Tramp administrasiyası ilə müzakirələrin aparıldığını təsdiqləyib, lakin aydın şəkildə bəyan edib: Hər hansı missiyada iştirak nəzərdə tutulmur”, - "Mossad”ın sosial şəbəkə hesabında Prezidentdən sitat gətirilib.
Bu şərhin Qəzza sülh planı ilə bağlı təklif edilən beynəlxalq sabitləşdirmə qüvvələri haqqında danışıqlar fonunda səsləndiyi qeyd olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirak edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırmışdı.
