Moskva şəhərində Beynəlxalq Sağlamlıq Turizmi sərgisi keçirilib
Oktyabrın 4 -6 tarixləri arasında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Beynəlxalq Sağlamlıq Turizmi sərgisi keçirilib.
Tədbirin əsas məqsədi ziyarətçiləri stendlərdə aparıcı xəstəxanalar, klinikalar, spa mərkəzləri və ölkənin ən yaxşı tibb mütəxəssisləri ilə tanış etməkdən ibarət olub.
Türkiyə Palatalar və Birjalar İttifaqı, DEIK, Xidmət İxracatçıları Assosiasiyası və Türkiyə Səyahət Agentlikləri Assosiasiyasının dəstəyi ilə ALZ International tərəfindən təşkil olunan sərgi Radisson Slavyanskaya otelində reallaşdırılıb. Azərbaycan sağlamlıq turizm sektorunu sözügedən tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasıyasının sədri Ruslan Quliyev və idarə heyətinin üzvü Aydın Məhərrəmli təmsil etmişdir. Sərgi müddətində AHTTSA stendində Azərbaycanda sağlamlıq turizmi imkanlarını, o cümlədən Naftalan, Duzdağ, Qalaaltı və digər təsislər haqqında ətraflı məlumatların əks olunduğu elektron və reklam-çap məhsulları təqdim edilib və yerli mütəxəssislərin iştirakı ilə Azərbaycana 2025-ci ildə infoturların təşkil olunması nəzərdə tutulub.
Tədbirin ikinci günü Rysiya və MDB sağlamlıq turizm nümayəndələrinin iştirakı ilə B2B ikitərəfli peşəkar görüşlər keçirilib.