Monitorinqlər çərçivəsində 20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb

Bu barədə Zeferinfo.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb edilib.
Yoxlama zamanı 20 su emalı müəssisəsindən və bir su aparatından götürülmüş içməli su nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb. Eyni zamanda yoxlamalar zamanı bir sıra müəssisələrdə sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkarlar barəsində inzibati tədbirlər görülüb.