Ulusal.az xəbər verir ki, anım tədbirində Azərbaycanın Kişineudakı səfirliyinin, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) rəhbərliyi, Moldova Parlamentinin deputatları, xarici diplomatik korpusların rəhbərləri, yerli ictimai-siyasi xadimlər, diaspor fəalları, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin Moldovada təhsil alan üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini anıblar.
Sonra səfirlikdə keçirilən tədbirdə çıxış edən ölkəmizin Moldovadakı səfiri Ülvi Baxşəliyev görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında misilsiz rolu və xidmətləri haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan və Moldova münasibətlərinin memarıdır.
Tədbirin ən diqqətçəkən məqamlarından biri isə Moldova parlamentinin deputatı cənab Vitali Jakotun çıxışı oldu. O, Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün böyük əhəmiyyət kəsb edən şəxsiyyət olduğunu vurğuladı. Deputat çıxışında belə dedi: “Heydər Əliyev təkcə Azərbaycanın lideri deyildi – o, Qafqazın sabitliyi və gələcəyi naminə çalışan müdrik dövlət adamı idi. ” Deputat çıxışında qeyd etdi ki, Heydər Əliyev dünyanın ən güclü siyasətçilərindən biri idi.
” Mən onun dövlət və dövlətçiliklə bağlı məşhur bir fikrini sizə çatdırmaq istəyirəm. Heydər Əliyev deyirdi ki, “Biz elə bir dövlətdə yaşayırıq ki, müxalifət mütləq olmalıdır. Müxalifətsiz cəmiyyət qurmaq mümkün deyil. Kim istəyir müxalifətdə dayansın, ancaq heç kim öz Vətəninə, dövlətinə, xəyanət edə bilməz” – deyə deputat bildirib.
“Bu sözlər bir daha sübut etdi ki, Ulu Öndərin fəaliyyəti təkcə Azərbaycanın deyil, eyni zamanda regionun sabitliyi və inkişafı üçün böyük töhfələr vermişdir. Onun müdrikliyi, uzaqgörənliyi və strateji baxışları dünya ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi də nümayiş olundu. Sərgidə nümayiş etdirilən arxiv şəkilləri və sənədlər qonaqlarda böyük maraq doğurdu və Ulu Öndərin zəngin irsinin müxtəlif aspektlərini əks etdirdi.