MN: Yararsız döyüş sursatlarının Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək

MN: Yararsiz doyus sursatlarinin Goran Telim Merkezinde mehv edilmesi prosesi heyata kecirilecek

Plana uyğun olaraq, yanvarın 17 -də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Zeferinfo.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".