MN: Hərbi qulluqçumuz naməlum şəraitdə itkin düşüb

MN: Herbi qulluqcumuz namelum seraitde itkin dusub

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Vurğulanıb ki, hərbi qulluqçunun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.