MN: Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistanın məlumatları həqiqəti əks etdirmir

Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora avqustun 4-də saat 13:10 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.
Bu barədə Müdafiə Nazirliyindən Zeferinfo.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin istiqamətdə atəş açılmayıb.