Mixail Kavelaşvili İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstana səfərə dəvət edib.
Zeferinfo.az-ın məlumatına görə, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
O, səmimi qəbula görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və Azərbaycana səfərinin strateji əhəmiyyətini qeyd edib.
"Bildiyiniz kimi, bu, mənim seçkilərdən sonra ilk rəsmi səfərimdir. Bu səfər xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan Gürcüstan üçün strateji əhəmiyyətli tərəfdaşdır. Cənab Prezident, sizi Gürcüstana cavab səfərində görmək bizim üçün böyük şərəf olardı", - M.Kavelaşvili əlavə edib.