Misirin yeni səfiri Azərbaycana gəlib

Misirin yeni sefiri Azerbaycana gelib

Misir Ərəb Respublikasının Azərbaycana yeni təyin etdiyi səfir Hossam El-Din Effat Mustafa Reda Bakıya gəlib.

Zeferinfo.az xəbər verir ki, bu barədə "Report"a etibarlı mənbədən bildirilib.

Xatırladaq ki, Misir Prezidenti Əbdül Fəttah əl-Sisinin may ayında imzaladığı qərarla Hossam El-Din Effat Mustafa Reda Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin olunub.