Misir Azərbaycana mina təhlükəsi ilə mübarizə istiqamətində dəstək göstərə bilər

Misir Azerbaycana mina tehlukesi ile mubarize istiqametinde destek gostere biler
Misir tərəfindən Azərbaycana mina təhlükəsi ilə mübarizə istiqamətində dəstək göstərilməsi imkanları müzakirə edilib.

Zeferinfo.az xəbər verir ki, bununla bağlı Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovla Misirin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda arasındakı görüşdə müzakirə aparılıb.

Görüşdə Agentliyin qarşısında duran vəzifə və hədəflər, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlarla çirklənmə miqyası, həmçinin Böyük Qayıdış proqramı çərçivəsində icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dair görülən işlər barədə səfirə ətraflı məlumat verilib.

Görüş zamanı mina təhlükəsi ilə mübarizə istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsi, o cümlədən həmin ölkə tərəfindən bu sahədə dəstək göstərilməsi imkanları müzakirə edilib.