Mirzoyan Vyanada Hakan Fidanla görüşüb
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vyanada türkiyəli həmkarı Hakan Fidanla ayaqüstü görüş keçirib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan və Türkiyə XİN rəhbərlərinin təması ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurasının açılış mərasimi zamanı baş tutub.