Mirzoyan İstanbulda: Paşinyan Ərdoğana hansı razılaşmanı göndərib?
Bu gün İstanbulda “3+3” formatı çərçivəsində xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Türkiyə, Azərbaycan, Rusiya, Emənistan, İran və Gürcüstanın eyni platformada birləşməsini nəzərdə tutan formatın iclasında rəsmi Tbilisidən savayı, digər ölkələr iştirak edəcək.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın İstanbula səfəri xüsusilə diqqət çəkib və erməni mediasında müxtəlif mülahizələrə yol açıb.
“Hraparak” nəşri iddia edir ki, Ermənistan hakimiyyəti Türkiyə ilə Orta Dəhliz layihəsi üzrə razılaşacaq.
“Paşinyanın Ərdoğanla Orta Dəhliz layihəsində ayrıca razılaşacağı proqnozlaşdırılır. Bu, Rusiyanın maraqlarına ziddir, çünki İrəvan Ankara ilə Türkiyəni Azərbaycanla birləşdirən Zəngəzur dəhlizinin açılmasına razılaşa bilər. Lakin bu razılaşma 10 noyabr bəyanatına uyğun formada olmayacağı üçün Rusiyanın dəhlizdə iştirakı istisna edilir”, - nəşr yazır.