Mirzoyan ABŞ dövlət katibinin müavini ilə "Tramp Marşrutu"nu müzakirə etdi

Mirzoyan ABS dovlet katibinin muavini ile "Tramp Marsrutu"nu muzakire etdi

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker İrəvana səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirib.

Zeferinfo.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında enerji, infrastruktur, süni intellekt və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Tərəflər, həmçinin regionda nəqliyyat əlaqələrinin açılmasına dair təşəbbüslər – o cümlədən, son zamanlar Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) ilə bağlı fikir mübadiləsi aparıblar.

ABŞ rəsmisi ölkəsinin Cənubi Qafqazda sabitlik və iqtisadi əlaqələrin gücləndirilməsini dəstəklədiyini qeyd edib.

Back To Top