MİQ üzrə vakansiya seçiminin başlanacağı tarix məlum olub

6 avqust saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Bu barədə Zeferinfo.az-a İnsan Resusları Mərkəzindən məlumat verilib.
Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.