"Minsk razılaşmaları dəfn edilib" - Rusiya XİN

"Minsk razilasmalari defn edilib" - Rusiya XIN

Donbassdakı milyonlarla rus xalqının taleyi Ukrayna və Qərbi narahat etmir, ona görə də onlar Qərbin razılığı ilə Minsk razılaşmalarını “dəfn etmək” üçün hər şeyi ediblər.

Zeferinfo.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat xatırladıb ki, Minsk razılaşmaları Ukraynanın cənub-şərqində münaqişəyə son qoymağa hesablanıb, lakin “Tədbirlər Paketi”nin imzalanmasından demək olar ki, dərhal sonra Kiyev rejimi öz üzərinə götürdüyü öhdəlikləri sabotaj etməyə başlayıb və atəşi davam etdirib. 

Back To Top