Mingəçevirdə vətəndaşa hədə-qorxu gələnlər tutuldular

Mingecevirde vetendasa hede-qorxu gelenler tutuldular

Mingəçevirdə vətəndaşa hədə-qorxu gələn şəxslər tutulublar.

Zeferinfo.az-ın məlumatına görə, Mingəçevir  şəhər sakini polisə müraciət edərək bildirib ki, iki nəfər şəxs onun oğlu barəsində sosial şəbəkələrdə videogörüntülər yayacaqları ilə hədələyib və bu yolla 6 min avro pulunu ələ keçirib.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Ceyhun Mayılov və 41 yaşlı Əziz Əlili saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Back To Top