Zeferinfo.az Musavat.com-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Məlumata görə, Ş.Tağıyev son illər İsveçin Malmö şəhərində yaşayırdı.
Bildirilir ki, Şahin Tağıyev bir müddət əvvəl ağır xəstəlik səbəbindən müalicə alırdı və son günlər vəziyyəti kəskin pisləşmişdi.
Yaxınlarının verdiyi məlumata görə, onun nəşi İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək.