Milli Məclislə ABŞ Konqresi arasında əlaqələrin genişlənməsi üçün tədbirlər keçiriləcək

Heç təsadüfi deyil ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da çox mühüm görüşlər keçirir.
Zeferinfo.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, ABŞ-la parlamentlərarası əlaqələrin inkişaf edəcəyinə ümid edir: “Bunun üçün Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında əlaqələrin genişlənməsi üçün müxtəlif tədbirlər payız sessiyasında keçiriləcək. Bu gün Azərbaycan-ABŞ münasibətləri özünün yeni mərhələsini yaşayır”.