Milli Məclisin sədri Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak edəcək

Milli Meclisin sedri Birinci Ozbekistan-Azerbaycan Parlamentlerarasi Forumunda istirak edecek

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək üçün iyunun 30-da Özbəkistan Respublikasına işgüzar səfərə gəlib.

Bu barədə Zeferinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Ürgənc şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri Sahibə Qafarova Özbəkistanın Xivə şəhərində keçiriləcək Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak edəcək.