Milli Məclisin növbəti plenar iclası dekabrın 3-4-də keçiriləcək

Milli Meclisin novbeti plenar iclasi dekabrin 3-4-de kecirilecek

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 3-ü və 4-də keçiriləcək.

Zeferinfo.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin noyabrın 29-da keçirilən plenar iclasının sonunda məlumat verib.

Sədr bildirib ki, toplantının gündəliyi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, iclasın əsas müzakirə mövzusu Azərbaycanın "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi olacaq.