Milli Məclisin deputatları Tacikistanda seçkiləri müşahidə edəcəklər

Milli Meclisin deputatlari Tacikistanda seckileri musahide edecekler

Milli Məclisin deputatları Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasına keçiriləcək seçkiləri izləmək məqsədilə fevralın 28-də bu ölkənin paytaxtı Düşənbə şəhərinə səfər edəcəklər.

Bu barədə Zeferinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə və deputat Anatoliy Rafailov MDB Parlament Assambleyasının, deputat Azər Badamov isə MDB İcraiyyə Komitəsinin xətti ilə Tacikistanda martın 2-də baş tutacaq seçkilərə hazırlıq prosesini izləyəcək və seçki günü məntəqələrdə vətəndaşların fəallığını müşahidə edəcəklər.

Səfər martın 3-də başa çatacaq.