Milli Məclisin deputatları Lüksemburq parlamentində görüşlər keçirəcəklər

Milli Meclisin deputatlari Luksemburq parlamentinde gorusler kecirecekler
 

Milli Məclisin Lüksemburqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nigar Məmmədova və işçi qrupun üzvü Elçin Mirzəbəyli mayın 6-da Lüksemburq Böyük Hersoqluğunun Lüksemburq şəhərinə səfər edəcəklər.

Bu barədə Zeferinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı Milli Məclisin deputatları Lüksemburq parlamentində bir sıra görüşlər keçirəcək.