Milli Məclisdə QDİƏT-in toplantısı keçirilir

Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclası başlayıb.
Zeferinfo.az xəbər verir ki, iclasda Türkiyə, Ukrayna, Rumıniya, Bolqarıstan və Yunanıstandan olan nümayəndə heyətləri iştirak edir.
Sonra isə deputat Eldar Quliyev və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin çıxışı olub.
Tədbirin davamında müxtəlif ölkələrdən olan nümayəndələrin çıxışları gözlənilir.