Milli Məclisdə bəzi dərsliklərlə bağlı dinləmə keçiriləcək

Zeferinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərli komitənin bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, bu məsələ parlament komitəsinin 2025-ci il payız sessiyasının iş planına daxil ediləcək:
"Bununla bərabər, Elm və təhsil komitəsi əməkdaşlarının ali məktəblərlə görüşünün təşkil edilməsi də nəzərdə tutulur. Ola bilər ki, bölgələrdəki ali təhsil müəssisələrinə də getdik".