Milli Məclisdə beynəlxalq parlament konfransı işə başlayıb

Milli Meclisde beynelxalq parlament konfransi ise baslayib

Zeferinfo.az xəbər verir ki, tədbir "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunub.

Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçisi iştirak edir.