Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Novruz və Ramazan bayramları münasibətilə təbrik edib

Milli Məclis adından Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubları ünvanlanıb.
Zeferinfo.az-ın məlumatına görə, bu təkliflə parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.
Sədrin sözlərinə görə, məktubda onlara xalqın və dövlətin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulanır.
Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.